manera.az
manera.az

Milli Dram Teatrında yeni premyera - Fotolar

📅 07.10.2022 12:53

Milli Dram Teatrında yeni premyera - Fotolar
Oktyabrın 6-da Akademik Milli Dram Teatrında “Yay günü” tamaşasının premyerası keçirilib.

Teatrdan MANERA.AZ-a verilən məlumata görə, Slavomir Mrojekin eyniadlı pyesi əsasında hazırlanan səhnə əsəri teatrın Abbas Mirzə Şərifzadə adına səhnəsində təqdim olunub.

Yeni yaradıcılıq işinin bədii rəhbəri Xalq artisti Azər Paşa Nemətov, quruluşçu rejissoru Mehman Fətullayev, quruluşçu rəssamı əməkdar mədəniyyət işçisi İlham Elxanoğlu, musiqi tərtibatçısı Amal Ramazanov, işıq üzrə rəssamı Rafael Həsənov, rejissor assistenti Nərmin Həsənovadır.

Tamaşada aktyorlar Ramin Şıxəliyev, Elsevər Rəhimov və Lalə Süleymanova iştirak edirlər.

Dünya şöhrətli polyak yazıçısı Slavomir Mrojek yaradıcılığa karikaturaçı və jurnalist kimi başlayıb. Sonra hekayələr və pyeslər yazıb.

1958-ci ildə Mrojek “Polis” adlı ilk komediyasını yazıb. 1964-cü ildə onun “Tanqo” pyesi nəşr olunur və müəllifə dünya şöhrəti gətirir.

1963-cü ildə yazıçı ölkədən mühacirət edib. 1996-cı ilədək ABŞ, İtaliya, Fransa, Almaniya və Meksikada yaşayıb. 1996-cı ildə vətəninə dönüb.

2002-ci ildə yazıçı insult keçirib. 2013-cü il avqustun 15-də vəfat edib.

Milli Dram Teatrında yeni premyera - Fotolar
Milli Dram Teatrında yeni premyera - Fotolar
Milli Dram Teatrında yeni premyera - Fotolar


Baxış sayı - 448 | Yüklənmə tarixi: 07.10.2022 12:53
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031