manera.az
manera.az

AKİ növbəti kino günlərinə başlayır

📅 29.09.2024 17:18

AKİ növbəti kino günlərinə başlayır
Milli filmlərin tamaşaçı sayının artırılması Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) strateji məqsədlərindən biridir. Bunun üçün yeni və klassik Azərbaycan filmlərinin nümayişləri təşkil olunur. AKİ bölgə tamaşaçılarını yeni Azərbaycan filmləri ilə tanış etmək üçün silsilə tədbirlər keçirir.

Kinematoqrafçılar İttifaqından MANERA.AZ-a bildirilib ki, əvvəlki illərdə “Cənubda kino günləri” başlığı ilə Lənkəran, Biləsuvar, Lerik rayonlarında nümayişlər təşkil olunmuşdu. Cari ilin iyul ayında “Şirvan kino günləri” layihəsi baş tutdu.

Ənənənin davamı olaraq, AKİ cari ilin oktyabrında Muğanda müasir filmlərimizin nümayişlərini həyata keçirir.

Nümayişlərdə bir qayda olaraq, müstəqil kinematoqrafçıların ərsəyə gətirdiyi filmlərlə yanaşı, dövlət sifarişi ilə çəkilmiş filmlər də tamaşaçılara təqdim olunacaq.

Beyləqan, İmişli, Sabirabad və Saatlıda nümayiş olunacaq filmlərin adları, tarixi və vaxtı barədə yaxın günlərdə ətraflı məlumat veriləcək.


Baxış sayı - 302 | Yüklənmə tarixi: 29.09.2024 17:18
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
1234567
891011121314
15161718192021
22232425262728
2930