manera.az
manera.az

"Şirvanda kino günləri" başlayır

📅 04.07.2024 12:50

"Şirvanda kino günləri" başlayır
Milli filmlərin tamaşaçı sayının artırılması Azərbaycan Kinematoqrafçılar İttifaqının strateji məqsədlərdən biridir. Bu məqsədlə yeni və klassik Azərbaycan filmlərinin nümayişləri təşkil olunur. Azərbaycan Kinematoqrafçılar İttifaqı bölgə tamaşaçılarını yeni Azərbaycan filmləri ilə tanış etmək üçün sislsilə tədbirlər keçirir.

MANERA.AZ xəbər verir ki, əvvəlki illərdə “Cənubda kino günləri” başlığı ilə Lənkəran, Biləsuvar, Lerik rayonlarında nümayişlər təşkil olunmuşdu.

Hazırda isə “Şirvan kino günləri” keçirilir.

İyulun ilk yarısında keçiriləcək nümayişlərdə İlqar Nəcəfin “Suğra və oğulları”, Elvin Mirzəyevin “Qul”, Qulu Əsgərovun “Mən burdayam, ilahi!” tammetrajlı bədii filmləri və Amil Amal, Şirin Əhmədov, Elvin Aşirov, Pərviz Həsənov, İntiqam Hacılının qısametrajlı filmləri nümayiş ediləcək. Nümayişlər Şirvanda, Neftçalada, Salyanda, Hacıqabulda və Biləsuvarda baş tutacaq.

Kinoteatrların bütün regionlarda olmaması yeni Azərbaycan filmlərinin tamaşaçı sayının azalmasına gətirib çıxarır. Bu səbəbdən, AKİ regionlarda nümayişləri gələcəkdə də davam etdirəcək.

NÜMAYİŞLƏRİN CƏDVƏLİ:

"Şirvanda kino günləri" başlayır


Baxış sayı - 353 | Yüklənmə tarixi: 04.07.2024 12:50
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031