manera.az
manera.az

“Səyyar kinoteatr” layihəsinə start veriləcək

📅 18.06.2021 10:12

“Səyyar kinoteatr” layihəsinə start veriləcək
“Səyyar kinoteatr” layihəsinə start veriləcək. Layihə Nizami Kino Mərkəzi və “Davam” Gənclər Hərəkatının birgə təşkilatçılığı ilə iyunun sonundan etibarən həyata keçiriləcək.

Bu barədə Manera.az-a məlumat verən Nizami Kino Mərkəzinin direktor müavini Arzu Əhədova bildirib ki, layihəsi çərçivəsində karantin şərtlərinə uyğun olaraq Azərbaycanın bir neçə bölgəsində kino nümayişləri təşkil ediləcək.

Onun sözlərinə görə, layihənin əsas məqsədi ölkəmizin regionlarını gəzərək gəncləri müasir Azərbaycan kinosu ilə tanış etmək və onların asudə vaxtlarının səmərəli keçirilməsi üçün şərait yaratmaqdır.

Film nümayişləri ilə yanaşı, təqdim ediləcək ekran əsərlərinin yaradıcı heyəti və kino sənəti mütəxəssisləri ilə görüş və təlimlər nəzərdə tutulub.

Yay mövsümü boyu kinosevərlərə hər həftə Azərbaycanın müxtəlif bölgələrində fərqli janrda olan filmlər təqdim olunacaq.

Tamaşaçılar filmləri ödənişsiz izləyə bilərlər.

Filmlərin nümayiş tarixi və bölgələr haqqında qısa zamanda Nizami Kino Mərkəzinin və “Davam” Gənclər Hərəkatının sosial şəbəkə hesablarında məlumat veriləcək.


Baxış sayı - 525 | Yüklənmə tarixi: 18.06.2021 10:12
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031