manera.az
manera.az

Gəncə Milli Dram Teatrı Litvada

📅 16.08.2024 07:13

Gəncə Milli Dram Teatrı Litvada
Litvanın Druskininkai şəhərində keçirilən Beynəlxalq Teatr festivalında Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin dəstəyi ilə Gəncə Dövlət Milli Dram Teatrı "Kral ölür" tamaşası ilə çıxış edib.

MANERA.AZ xəbər verir ki, tamaşada rolları Əməkdar artistlər Elxan Abbasov ( Kral Beranje), Sevda Orucova (Qulluqçu), Kəmalə Məmmədova ( Marqarita), İlham Hüseynov ( Həkim), aktyorlar Gültəkin Mehtizadə ( Mariya), Ruslan Hüseynov (Keşikçi) canlandırıblar.

11 nəfərlik heyətə teatrın direktoru Aqil Bəhramlı rəhbərlik edib. Festivala qatılan heyətin tərkibində tamaşanın rejissoru Tural Mustafayev, Avrasiya Teatrlar Birliyinin Azərbaycan təmsilçisi Yusif Cəfərov da yer alıblar.
Gəncə Milli Dram Teatrı Litvada
Tamaşadan sonra Azərbaycanın Litvadakı səfiri Tamerlan Qarayev və səfirlik nümayəndələri aktyorlarla görüşüb və xatirə şəkli çəkdiriblər. Teatrın direktoru Aqil Bəhramlı festivalın direktoru Mariya Tananaya ağacda yonulmuş, əl işi olan dahi şair Nizami Gəncəvinin məqbərəsini hədiyyə edib.

Qeyd edək ki, iyulun 21-dən 28-dək Gəncə Dövlət Milli Dram Teatrı "Kral ölür" tamaşası ilə Avrasiya Teatrlar Birliyinin Portuqaliyada keçirdiyi festivalda iştirak edib və festivalın Qran-Pri mükafatına layiq görülüb.


Baxış sayı - 281 | Yüklənmə tarixi: 16.08.2024 07:13
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 12345
6789101112
13141516171819
20212223242526
27282930