manera.az
manera.az

Gəncə Dram Teatrında yeni tamaşa hazırlanır

📅 10.07.2022 08:07

Gəncə Dram Teatrında yeni tamaşa hazırlanır
Gəncə Dövlət Dram Teatrında Amerika yazıçısı Con Patrikin “Qəribə missis Sevic” pyesi tamaşaya qoyulur.

MANERA.AZ xəbər verir ki, ilkin məşq prosesi gedən tamaşanın quruluşçu rejissoru Elşad Əhmədov, quruluşçu rəssamı Mirzə Mehdi Hüseyn, musiqi tərtibatçısı Sevda Əliyevadır.

Əsərin baş qəhrəmanı milyonçu dul qadın Etel Sevic insanların qəribə arzularının yerinə yetirilməsinə kömək göstərmək üçün fond yaradır. Ögey övladları bunu öyrəndikdən sonra onu psixiatriya xəstəxanasına yerləşdirməyə və beləcə, qəyyumluğa götürməyə qərar verirlər.

Səhnə işində Xalq artisti Pərvanə Qurbanova, Əməkdar artistlər Rahilə Məmmədova, Sevda Orucova, Ramiz Vəliyev, Kəmalə Məmmədova, aktyorlar Ruslan Hüseynov, Elmir Məmmədov, Samir Abbasov, Sevinc Hüseynova, Rauf Hüseynov rol alıblar.

Tamaşa yeni mövsümdə teatrsevərlərə təqdim olunacaq.


Baxış sayı - 640 | Yüklənmə tarixi: 10.07.2022 08:07
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
1234567
891011121314
15161718192021
22232425262728
2930