Bir qrup azərbaycanlı təhsil işçisi DAU-nə səfər edib - KIBRIS
Azərbaycanlı məktəb direktorları və müəllimlərdən ibarət bir qrup Doğu Akdeniz Universitetini (DAU) ziyarət edib.
Səfər çərçivəsində Doğu Akdeniz Universitetinin rektoru Prof. Dr. Hasan Kılıç və rektor yardımcısı Prof. Dr. Ali Öztüren ilə görüşən nümayəndə heyəti universitet haqqında ətraflı məlumat alıb.
DAU-dan Manera.az-a verilən məlumata görə, ziyarət zamanı ali təhsildə keyfiyyətli və yüksək səviyyəli təhsilin əhəmiyyəti ilə bağlı müzakirələr aparılıb. Görüşlərdə təhsildə süni intellektin rolu və gələcəyi, bu gələcəyə necə hazırlıq görülməli olduğu kimi mövzular müzakirə edilib. Bundan əlavə, Doğu Akdeniz Universitetinin bu sahədəki vizyonu və tələbələrin düzgün peşə və universitet seçimlərinə necə töhfə verə biləcəyi barədə fikir mübadiləsi aparılıb. Səfərin digər mühüm gündəm mövzusu isə təhsil sahəsində əməkdaşlıq imkanlarının qiymətləndirilməsi olub.
Nümayəndə heyətinə Doğu Akdeniz Universitetinin məzunu Cəfər Mənsimi müşayiət edib.
Sonda DAU ilə Azərbaycanın təhsil platforması olan T-Network arasında əməkdaşlıq haqqında razılıq əldə edilib.
Məhəmməd,
Manera.az