manera.az
manera.az

Türkiyənin 40 rektoru Azərbaycana gəlir

📅 19.04.2022 17:53

Türkiyənin 40 rektoru Azərbaycana gəlir
Türkiyə universitetlərinin 40 rektoru və ölkənin professor heyəti iyun ayının ilk günlərində Azərbaycana səfər edəcək.

MANERA.AZ xəbər verir ki, Türkiyə nümayəndə heyətinin Şuşa şəhərinə səfəri nəzərdə tutulub.

Məlumatı modern.az-a açıqlamasında Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım təsdiqləyib.

“Nümayəndə heyətinə Türkiyə Böyük Millət Məclisinin (TBMM) məsul şəxsləri rəhbərlik edəcək. Nümayəndə heyətinin Bakıda görüşü olacaq. Daha sonra Şuşaya səfərin təşkil edilməsi gözlənilir”, - deputat Şamil Ayrım bildirib.


Baxış sayı - 921 | Yüklənmə tarixi: 19.04.2022 17:53
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
1234567
891011121314
15161718192021
22232425262728
2930