manera.az
manera.az

ADU-da Çin nümayəndə heyəti ilə görüş olub

ADU-da Çin nümayəndə heyəti ilə görüş olub
Azərbaycan Dillər Universitetinin (ADU) nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunda Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) Sərhəd Əməkdaşlıq Komitəsinin Baş katibinin müavini professor Vey Vanın rəhbərlik etdiyi Şanxay Əməkdaşlıq Təşkilatının Beynəlxalq Hüquq Hazırlığı və Əməkdaşlığı Mərkəzinin Şanxay Siyasi-Hüquq Universitetinin nümayəndə heyəti ilə görüş keçirilib.

MANERA.AZ xəbər verir ki, tədbirdə Konfutsi İnstitutunun Azərbaycan tərəfindən direktoru, professor Rafiq Abbasov Çinin “İpək yolu iqtisadi qurşağı” və “XXI əsrin Dəniz İpək yolu” layihələrini birləşdirən “Bir kəmər - bir yol” konsepsiyasının ölkəmiz tərəfindən dəstəkləndiyini qeyd edib. O, həmçinin Azərbaycana ŞƏT tərəfindən dialoq üzrə tərəfdaş statusu verildiyini vurğulayıb. Eyni zamanda, ŞƏT üçün aktual olan, Azərbaycanın zəngin təcrübəsinin olduğu sivilizasiyalararası dialoq, multikulturalizm və tolerantlığın təşviqi, enerji təhlükəsizliyi, nəqliyyat və digər sahələrdə əməkdaşlığın geniş perspektivlərinin olduğunu qeyd edib.

Görüşdə Konfutsi İnstitutunun Çin tərəfindən direktoru Li Jihua Çinin “Bir kəmər - bir yol” qlobal layihəsinin tarixi İpək yolunun dirçəlməsi istiqamətində tədqiqatlar aparan Konfutsi İnstitutunun tədris prosesində rolu və ictimai fəaliyyəti barədə məlumat verib.

Vey Van Böyük İpək yolunun bərpa edilməsi üzrə qlobal layihənin reallaşdırılması sahəsində Azərbaycan-Çin elmi əməkdaşlığının genişləndirilməsinin əhəmiyyətini qeyd edib. O, bu layihənin iqtisadi imkanlarından, həmçinin onun müasir geoiqtisadiyyat və geosiyasətdəki rolundan danışıb.

Sonda qonaqlara ADU-nun Konfutsi İnstitutunun Azərbaycan və Çin dilində hazırladığı, Prezident İlham Əliyevin hər iki ölkənin münasibətlərinin inkişafına verdiyi töhfəyə həsr olunan “İlham Əliyev - iki qədim xalqın dostluğunun müasir davamçısı” adlı kitab hədiyyə edilib.







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2025    »
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31