manera.az
manera.az

Bakıda Milli Kino Günü qeyd olunub - Fotolar

Bakıda Milli Kino Günü qeyd olunub - Fotolar
Avqustun 2-də Nizami Kino Mərkəzində Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə ölkəmizdə kinonun yaranmasının 126 illiyi və Azərbaycan Kinosu Günü münasibətilə tədbir keçirilib.

MANERA.AZ xəbər verir ki, tədbirdə mədəniyyət xadimləri, kino ictimaiyyəti nümayəndələri və film həvəskarları iştirak ediblər.

Tədbirdən əvvəl qonaqlar Nizami Kino Mərkəzinin qarşısında kinematoqrafiyamıza həsr edilmiş sərgi ilə tanış olublar. Sərgidə kinomuzun səssiz mərhələsindən başlamış sovet dövrü bitənə qədər film çəkilişlərində istifadə edilmiş texnika və avadanlıqlar nümayiş olunub.
Bakıda Milli Kino Günü qeyd olunub - Fotolar
Tədbirdə çıxış edən mədəniyyət nazirinin müavini Səadət Yusifova bildirib ki, Azərbaycan kinosu dünya kinosunun tarixi ilə bərabər yaranaraq paralel şəkildə böyük inkişaf yolu keçib. Bu illər ərzində Azərbaycan kinosu çoxlu eniş və yoxuş yaşayıb, müxtəlif transformasiyalara məruz qalıb. Amma həmişə öz milli ənənələrinə, yüksək mənəvi dəyərlərinə, sənət sevgisinə sadiq qalıb.
Bakıda Milli Kino Günü qeyd olunub - Fotolar
Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri, Xalq artisti Rasim Balayev ölkəmizdə kinematoqrafiyanın inkişafı istiqamətində görülən işlərdən bəhs edib. Bildirib ki, bu illərdə milli kino sənətimiz yeni inkişaf mərhələsinə qədəm qoyub, kino sahəsində çalışan sənətkarlar diqqət və qayğı ilə əhatə olunub. Ötən gün Prezident İlham Əliyev Azərbaycanın kino işçilərini təltif edib. Bu, dövlət başçımızın kino sahəsinə göstərdiyi qayğının bir nümunəsidir.
Bakıda Milli Kino Günü qeyd olunub - Fotolar
Əməkdar incəsənət xadimi, Azərbaycan Respublikasının Kino Agentliyinin (ARKA) baş direktoru vəzifəsini icra edən Orxan Fikrətoğlu Azərbaycan kinematoqrafiyasının keçdiyi uğurlu yoldan bəhs edib, bu gün kinematoqrafiya sahəsində gözəl sənətkarlar və ustadlarımızın olduğunu bildirib. O, həmçinin ARKA-nın fəaliyyətindən də söz açıb. Qeyd edib ki, agentlik milli adət-ənənələrimizin dünyaya çatdırılmasında, cəmiyyətdə müəyyən mənəvi dəyərlərin formalaşmasında ciddi rol oynayıb.

Sonra ARKA-nın fəaliyyətinə dair videoçarx nümayiş olunub.

Tədbirdə digər çıxış edən görkəmli sənətkarlar Azərbaycan kinematoqrafiyasının keçdiyi uğurlu yoldan danışıblar.

Daha sonra Azərbaycan kinosunun inkişafında xidmətlərinə görə bir qrup kino xadimi və gənc kino işçiləri mükafatlandırılıb.
Bakıda Milli Kino Günü qeyd olunub - Fotolar
Azərbaycan Kinematoqrafçılar İttifaqının 2024-cü il üçün ənənəvi mükafatına layiq görülən yaradıcı şəxslər - rejissor, prodüser Əli-Səttar Quliyev, aktyor Rasim Cəfər, prodüserlər Emil Nəcəfov və Orxan Mərdan olub.

Tədbirin davamında "Tənha insanın monoloqu" adlı psixoloji dram janrında olan qısametrajlı film nümayiş edilib. Film İkinci Qarabağ müharibəsi iştirakçısından bəhs edir.

Filmin rejissoru və ssenari müəllifi Emin Əfəndiyev, operatoru Daniel Quliyev, prodüseri Sərvər Bayramovdur. Filmdə əsas rollarda Mahir Dərviş və Elşən Əsgərov çəkiliblər.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2024    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30