manera.az
manera.az

Milli Kino Günü qeyd olunub

Milli Kino Günü qeyd olunub
Avqustun 2-də Nizami Kino Mərkəzində Milli Kino Günü və Azərbaycan kinosunun yaranmasının 121 illiyinə həsr olunmuş təntənəli tədbir keçirilib.

Manera.az xəbər verir ki, mərasimdə il ərzində Azərbaycan kinosu ilə bağlı keçirilmiş tədbirləri, paytaxtda və regionlarda baş tutan film təqdimatlarını, beynəlxalq festivalları, kino günlərini, qala gecələri, yubileyləri, yeni filmlərin çəkiliş proseslərini əks etdirən videoçarxlar nümayiş olunub.

Tədbirdə çıxış edən Mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev kino işçilərini peşə bayramı münasibətilə təbrik edərək ümummilli lider Heydər Əliyevin qərarına əsasən, bu əlamətdar günün artıq 19 ildir qeyd olunduğunu diqqətə çatdırıb.

Nazir müavini qeyd edib ki, bu günlər kino xadimləri üçün əlamətdar hadisələrlə yadda qalıb. Belə ki, ölkə başçısı iyulun 31-də Azərbaycan kinematoqrafiyasının inkişafında xidmətlərinə görə bir qrup kino xadiminə fəxri adların, fərdi təqaüdlərin, fəxri diplomun və medalın verilməsi haqqında Sərəncam imzalayıb. Prezidentin imzaladığı müvafiq sərəncamları diqqətə çatdıran nazir müavini bütün bunlara görə kino xadimləri adından ölkə başçısına minnətdarlığını ifadə edib.

Vaqif Əliyev vurğulayıb ki, Azərbaycan filmləri müxtəlif beynəlxalq kino festivallarında uğurla nümayiş olunaraq ən yaxşı film, ən yaxşı aktyor, rejissor, ssenari adlarına layiq görülüb.

Daha sonra əlamətdar gün münasibətilə bir qrup kino xadiminə Mədəniyyət Nazirliyinin fəxri fərmanları təqdim edilib.
Milli Kino Günü qeyd olunub
Tədbirdə Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının sədri, Xalq artisti Şəfiqə Məmmədova rəhbərlik etdiyi qurum tərəfindən yubileyləri olan kino xadimlərinə, həmçinin veteran sənətkarlara mükafatların verildiyini söyləyib.

Son illər təmsil etdiyi qurumun kino sahəsində gördüyü işlərdən danışan Ş.Məmmədova Azərbaycan kinosunun inkişafında misilsiz xidmətlər göstərmiş ustad sənətkar Həsən Seyidbəylinin anadan olmasının 100 illiyi münasibətilə adına medal və təqaüdün, eyni zamanda, kinorejissor Rasim Ocaqov adına medalın təsis edildiyini bildirib.

O, qurumun ən böyük mükafatı olan “Milli Kino Mükafatı”nı Azərbaycan kinematoqrafiyasına verdiyi töhfələrə görə Xalq artisti, kinodramaturq Ramiz Fətəliyevə, həmçinin 75 illik yubileyi və milli kinonun inkişafına verdiyi töhfələrə görə Xalq artisti, kinodramaturq Şeyx Əbdül Mahmudova təqdim edib. Bildirib ki, ittifaqın 2019-cu ilin gənclər üçün təsis olunmuş “Yeni Nəfəs” Milli Kino mükafatına rejissor Fariz Əhmədov layiq görülüb.

Tədbirdə, həmçinin dövlət sifarişi ilə istehsal olunmuş, gənc rejissorlar Kamal Yaşarın “Dan yeli”, Pərviz Həsənovun “Soraq”, eləcə də Orxan Ağazadənin “Oturacaqlar” qısametrajlı bədii filmləri nümayiş olunub.

MANERA.AZБесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2024    »
 123456
78910111213
14151617181920
21222324252627
28293031