manera.az
manera.az

2 avqust - Milli Kino Günüdür

2 avqust - Milli Kino Günüdür
2 avqust Azərbaycan Kinosu Günüdür.

Manera.az xəbər verir ki, bu il ölkəmizdə kino sənətinin yaranmasının 122 yaşı tamam olur.

1898-ci il avqustun 2-də, Parisdə Lümyer qardaşlarının ilk kino nümayişini təşkil etməsindən (1895) üç il sonra Bakıda fotoqraf və kinooperator Aleksandr Mişon çəkdiyi bir neçə kinosüjeti (“Bibiheybətdə neft fontanı yanğını”, “Qafqaz rəqsi” və s.) nümayiş etdirib.

Prezident Heydər Əliyevin 2000-ci il 18 dekabr tarixli fərmanı ilə 2 avqust “Azərbaycan Kinosu Günü” – ölkəmizdə kino işçilərinin peşə bayramı elan olunub.

Müstəqillik illərində də kinomuz maraqlı ekran əsərləri ilə zənginləşib. Son illər ölkəmizdə film sənayesinin inkişafı məqsədilə müəyyən işlər görülüb. “Azərbaycan kinosunun 2008-2018-ci illər üzrə inkişafına dair Dövlət Proqramı” bu baxımdan xüsusi əhəmiyyətə malikdir.

2018-ci ildə Prezident İlham Əliyevin imzaladığı sərəncamla Azərbaycan kinosunun 120 illiyi geniş şəkildə qeyd edilib.

Prezidentin 1 mart 2019-cu il tarixli “Azərbaycan kinematoqrafiyasının inkişafı ilə bağlı bəzi tədbirlər haqqında” sərəncamı bu istiqamətdə yeni addımlar üçün zəmin yaradır.

Hər il Azərbaycan Kinosu Günü ilə bağlı müxtəlif tədbirlər, mərasimlər, yeni filmlərin təqdimatları keçirilirdi. Bu ilin əvvəlindən dünyanı bürüyən COVİD-19 pandemiyası, cəmiyyət həyatının əksər sahələri kimi, kino sənayesinin də inkişafına mane olub. Hazırda dünyanın əksər ölkələrində kino nümayişi müəssisələri fəaliyyətini dayandırıb, bir sıra ənənəvi kinofestivallar təxirə salınıb.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI