manera.az
manera.az

Milli Kino Günü təntənəli şəkildə qeyd olunacaq

📅 01.08.2024 07:35

Milli Kino Günü təntənəli şəkildə qeyd olunacaq
Avqustun 2-si Azərbaycan Kinosu Günü – kino işçilərinin peşə bayramıdır.

Bu əlamətdar tarixin əsası 1898-ci il avqustun 2-də Bakıda ilk kinosüjetlərin kütləvi nümayişi ilə qoyulub. Ulu Öndər Heydər Əliyevin 2000-ci il dekabrın 18-də imzaladığı Sərəncama əsasən, 2 avqust “Azərbaycan Kinosu Günü” elan edilib. Hər il Azərbaycan Kinosu Günü müxtəlif tədbirlərlə yadda qalır.

Mədəniyyət Nazirliyindən MANERA.AZ-a bildirilib ki, nazirliyin təşkilatçılığı ilə avqustun 2-də Nizami Kino Mərkəzində ölkəmizdə kinonun yaranmasının 126-cı ildönümü və Azərbaycan Kinosu Günü münasibətilə təntənəli tədbir keçiriləcək.

Mədəniyyət xadimlərinin, kino ictimaiyyəti nümayəndələrinin və film həvəskarlarının iştirak edəcəyi tədbirdə əvvəlcə qonaqlar Nizami Kino Mərkəzinin qarşısında kinematoqrafiyamıza həsr edilən sərgi ilə tanış olacaq, eksponatlarla kinomuzun tarixinə səyahət edəcəklər.


Baxış sayı - 359 | Yüklənmə tarixi: 01.08.2024 07:35
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
1234567
891011121314
15161718192021
22232425262728
2930