manera.az
manera.az

Rafiq Yusifoğlunun UŞAQ ŞEİRləri | MANERA.AZ

Rafiq Yusifoğlunun  UŞAQ ŞEİRləri | MANERA.AZ
[b]“Deməyin uşaq yazarı yoxdur!” layihəsi sizə
Rafiq Yusifoğlunu təqdim edir:
[/b]

[/b]
1985-ci ildən 1992-ci ilədək "Göyərçin" jurnalında söbə müdiri, 1992-ci ildən 1996-cı ilədək məsul katib, 1996-1997-ci illərdə Azərbaycan Dövlət Televiziyasının "Xəbərlər" baş redaksiyasında "Elm, mədəniyyət, incəsənət" şöbəsinin müdiri vəzifəsində çalışmışdır. 1997-ci ildən "Göyərçin" jurnalının baş redaktorudur. Şairin uşaq ədəbiyyatı sahəsində xüsusi fəaliyyəti vardır. Rafiq Yusifoğlu 2007-ci ildə "XX əsr Azərbaycan poemasının sənətkarlıq xüsusiyyətləri" mövzusunda dissertasiya müdafiə edərək filologiya elmləri doktoru adını almışdır. Hazırda Sumqayıt Dövlət Universitetinin "Azərbaycan ədəbiyyatı" kafedrasının professorudur. Azərbaycan Respublikasının Əməkdar Mədəniyyət işçisidir.

O, gənc tənqidçilərin Moskvada keçirilən birinci (1982), ikinci (1985) və üçüncü (1988) Ümumittifaq seminarlarının, Qazaxıstandakeçirilən Beynəlxalq Uşaq ədəbiyyatı günlərinin (1989) iştirakçısı, 1985-ci ildə Moskvada Ali Komsomol Məktəbinin bir aylıq jurnalistika kursunun müdavimi olmuşdur.
Ədəbi fəaliyyətə hələ orta məktəbdə oxuyarkən başlamış, 1966-cı ildən şeirləri, məqalələri ilə mətbuatda çıxış etməyə başlamışdır. Son illər bədii tərcümə ilə ciddi məşğul olur. F.Q.Lorkanın, Corc Bayronun, Peter Şyuttun, Hans Yurgen Hayzenin, Ulla Hanın, Roza Auslenderin və başqalarının şeirlərini, dünya uşaq ədəbiyyatının gözəl nümunələrini dilimizə tərcümə etmişdir. Əsərləri bir sıra dillərə tərcümə edilib, dərsliklərə düşüb. Çoxlu mahnı mətnlərinin, elmi-publisistik məqalələrin müəllifidir. Əsərləri əsasında "Qəm karvanı", "Bütün Azərbaycan əsgər olmalı" televiziya tamaşaları çəkilib, dəfələrlə nümayiş etdirilmişdir.

[b]PƏNCƏRƏDƏN BAXAN BUDAQ[/b]

Budağa bax, budağa,
Hey ucalır, qalxır o.
Boylanıb pəncərədən
Evimizə baxır o.

Deyirəm ki, utanma,
Keç içəri, ay budaq.
Evdə tək darıxıram,
Gəl birlikdə oynayaq.

Yalvarıram nə qədər,
Bəs niyə baxmır sözə?
Yəqin anası ağac
Onu buraxmır bizə.
[b]
Kimindi[/b]

- Ot kimindi?
- Biçənin.
- Süd kimindi?
- İçənin.
- Ad kimindi?
- Dinənin.
- At kimindi?
- Minənin.
- Köz kimindi?
- Yananın.
- Söz kimindi?
- Qananın.
[b]
Araba[/b]

Qızınırıq qışda biz
Ağacların oduna.
Ay araba, araba,
Get meşəyə oduna.

Tez elə, uşaqların
Yerə salma sözünü.
Əgər əliboş dönsən,
Yandırarıq özünü...
[b]
Ot biçini[/b]

Biçənək sanki dənizdi,
Yaşıl otlar dalğalardı.
Biçinçilərin əlində
Hər kərənti bir avardı.

Dəryazlar işə düşən tək
Elə bil qayıqlar üzdü.
Ot layları katerlərin
Arxasında qalan izdi...

[b]Paraşüt[/b]

Təyyarənin gözündən
Qopdu bir damla yaş tək.
Aşağıya endikcə
Onu şişirtdi külək.

Mavi göydə balaca
Adadı bu paraşüt.
Uçuşun sonundakı
Nidadı bu paraşüt...

[b]MANERA.AZ[/b]
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2021    »
 12345
6789101112
13141516171819
20212223242526
2728293031