manera.az
manera.az

Estetik dəyərlərin harmoniyası - TƏDBİR / MANERA.AZ

📅 05.11.2015 22:53

Estetik dəyərlərin harmoniyası - TƏDBİR / MANERA.AZ

Dünya Gənc Türk Yazarlar Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə gerçəkləşdirdiyi "Ədəbiyyat, Musiqi, Təsviri sənət və Gənclik" adlı layihə çərçivəsində "Estetik dəyərlərin harmoniyası" adlı ilk tədbiri bu gün "Hədəf" Kurslarının Mərkəzi Qərargahında baş tutub.

Tədbiri giriş sözü ilə DGTYB-nin məsləhət şurasının başqanı şair - publisist Əkbər Qoşalı açıb. O, layihənin gənc istedadların gələcək yaradıcılığında, eyni zamanda ölkə mədəniyyətinin işıqlandırılmasındakı mühüm əhəmiyyətindən danışıb və gələcəkdə də bu cür layihələrin davamlı olmasını diləyib. Əkbər Qoşalı öz çıxışında həmçinin incəsənətin üç növünün- ədəbiyyat, musiqi və təsviri sənətin vəhdətinə diqqət çəkib və layihə çərçivəsində bu birliyin daha da möhkəmlənəcəyinə inandığını qeyd edib.
Daha sonra çıxış üçün söz "Hədəf" hazırlıq kurslarının baş direktoru, "Kitabevim.az" kitab mağazasının qurucusu yazıçı Şəmil Sadiqə verilib. O da öz növbəsində layihənin əhəmiyyətindən danışıb, xüsusən təsviri sənətlə ədəbiyyatın sıx münasibətinə diqqət çəkərək, "Hədəf" nəşrlərinin son zamanlar hazırladığı cizgi romanlarını nümunə göstərib.

İrəliləyən dəqiqələrdə Aktivist Sənətçilər Birliyinin Azərbaycan təmsilçisi Nəvai Mətin , "Hövsan" mədəniyyət evinin rəsm müəllimi İsmayıl Cabbarov və digər ziyalılar çıxıb edib və layihə haqqında öz fikirlərini bölüşüblər. Tədbirin sonunda gənc musiqiçilər öz musiqi töhfələrini qonaqlara ərməğan ediblər.

Xatırladaq ki, sözügedən layihə çərçivəsində üç gün ərzində silsilə tədbirlər keçirilməsi nəzərdə tutulub.


Baxış sayı - 2 008 | Yüklənmə tarixi: 05.11.2015 22:53
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 12345
6789101112
13141516171819
20212223242526
27282930