manera.az
manera.az

Uşaqlar üçün yeni kitab çap olunub

📅 30.05.2024 17:44

Uşaqlar üçün yeni kitab çap olunub
Tanınmış yazıçı-dramaturq, Əməkdar incəsənət xadimi Elçin Hüseynbəylinin uşaqlar üçün ikinci kitabı “Banuçiçəyin nağılları” (yaxud “Rəngli yuxuları”) kitabı çap olunub.

MANERA.AZ xəbər verir ki, kitaba Banuçiçəyin 8 yuxusu daxildir. Hər yuxu işğaldan azad edilmiş rayonlarımızın tarixi, bu günü və gələcəyindən bəhs edir.

Müasir texnoloji üsullardan istifadə edən yazıçı uşaqlar başa düşən dildə və formada doğma Qarbağımızı təsvir edir.

Nağıl personajlarının da daxil edildiyi şəkilli, rəngli kitabda Sehrbaz Baba obrazı əsasdır.

“Qələm” Nəşriyyatının nəfis şəkildə hazırladığı nəşrin rəhbəri Pərviz Eyyubov, redaktoru Dürdanə İbrahimova - Hüseynbəyli, rəssamı Şəlalə Rüstəmova, dizayneri Ömər Məmmədovdur.

Nəşrin bir hissəsi şəhid və qazi övladlarına hədiyyə ediləcək.


Baxış sayı - 628 | Yüklənmə tarixi: 30.05.2024 17:44
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
1234567
891011121314
15161718192021
22232425262728
2930