manera.az
manera.az

Uşaqlar üçün yeni kitab


Uşaqlar üçün yeni kitab
“Mütərcim” nəşriyyat evi uşaq və gənclər üçün “Müasir Belarus ədəbiyyatı” seriyasından növbəti kitabı çapdan buraxıb. Tanınmış Belarus yazıçısı Ales Karlyukeviçin “Su ömrü” adlanan bu kitabı məktəblilər üçün maraqlı olacaq.

Kitaba müəllifin “Əlahəzrət Suyun adları”, “Qanadım yoxdu, ət də yemirəm - tora düşən Balıq”, “Mavi fonda”, “Ağ bardaqların ulduz yolu”, “Ponaditotok ailəsinin məktubu”, “Sərhədsiz səyahət” və digər hekayə və nağılları daxil edilib. Kitabı Azərbaycan dilinə yazıçı Kamran Nəzirli tərcümə edib.

Tərcüməçinin yazdığı “Ön söz”də deyilir: “Mənim belaruslu dostumun kitabı uşaq və gənclər üçün nəzərdə tutulmuş bədii, həm də həyat bilgisi ədəbiyyatıdır. Lakin o, müxtəlif sahələr üzrə qeyri-adi faktlarla, tapmacalarla maraqlanan adamlara da ünvanlanıb, əlbəttə, natamam məktəb proqramları üçün də maraqlı ola bilər”.

Xatırladaq ki, kitabın müəllifi Ales Karlyukeviç Belarus informasiya nazirinin müavini, Belarus və Azərbaycan Yazıçılar birliklərinin üzvüdür. Onun 50-dən çox bədii-publisistik kitabı dünyanın müxtəlif dillərində nəşr olunub. A.Karlyukeviç həm də Azərbaycan ədəbiyyatı ilə bağlı bir çox layihələrin müəllifidir.

K.Nəzirlinin sözlərinə görə, yeni dövr uşaq ədəbiyyatının qarşısına daha yüksək tələbkarlıq qoyub: “Düşünürəm ki, biz uşaq ədəbiyyatı ilə bağlı kitabların ümumi səviyyəsinin yüksəldilməsinə çalışmalıyıq, onların mövzu dairəsinin mümkün qədər genişləndirilməsi qayğısına qalmalıyıq. Uşaq ədəbiyyatı üzrə dövlət nəşriyyatının yaradılması vacibdir. Elə bir nəşriyyat ki, yeni iş prinsipləri ilə işləsin, yeni ruhlu uşaq ədəbiyyatının möhkəm dayağı olsun, balaca oxucularımız üçün kitab nəşrində öncül olsun”.

Onun sözlərinə görə, nəşriyyatlarımızın planında elə kitablar yer almalıdır ki, mövzusu maraqlı olsun. İnsan və təbiət, insanın təbiəti dəyişdirməsi cəhdləri, heyvanlar aləmi, maraqlı səyahətlər... və s. mövzuda kitablar uşaqlar üçün daha cəlbedicidir. “Bax elə Ales Karlyukeviçin kitabı da təbiətdən, təbii ehtiyatlardan, məktəblilərin həyatından, heyvanlar aləmindən bəhs edir. Axı uşaqlar üçün ətrafda baş verən hadisələr həmişə maraqlı olur, onlar öz yaşıdlarının həyatıyla daim maraqlanırlar. Uşaqlar üçün sirli-sehrli, qeyri-adi aləm hər zaman maraqlı olub. Məncə, belə müəlliflərin əsərləri bütün dünya uşaqları üçün faydalı ola bilər, onların mənəvi üfüqlərini daha da genişləndirər. Mənim belaruslu yazıçı dostumun əsərlərinin bir cəhəti də bundadır ki, üslubu, dili aydın və səlisdir, bədiyyatı da, emosiya da yetərincədir, balaca oxucular bu əsərləri çox yaxşı başa düşə bilirlər”,- deyə yazıçı Kamran Nəzirli vurğulayıb.

Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2024    »
1234567
891011121314
15161718192021
22232425262728
2930