manera.az
manera.az

Gənc şairin uşaqlar üçün kitabı çap olunub

📅 01.06.2022 07:46

Gənc şairin uşaqlar üçün kitabı çap olunub
“Balacaların şeir çələngi” kitabı işıq üzü görüb.

MANERA.AZ xəbər verir ki, gənc şair Əyyub Türkayın uşaqlar üçün qələmə aldığı “Balacaların şeir çələngi” adlı kitabı işıq üzü görüb.

Kitabda məktəbəhazırlıq qruplarında, bağçada, ibtidai sinifdə təhsil alan uşaqlar üçün müxtəlif mövzulu uşaq şeirləri, təmsillər və tapmacalar yer alıb.

Müasir Azərbaycan şeirinin istedadlı nümayəndələrindən olan Əyyub Türkay (Əyyub Ağakərim oğlu Məmmədov) 1988-ci ildə Lənkəran şəhərində anadan olub. 2008-ci ildən Cənub Televiziyasında teleaparıcı-jurnalist vəzifəsində çalışmaqla yanaşı, dövrü mətbuatda publisistik məqalələri ilə çıxış edir. Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür (2020). İxtisasca texnologiya müəllimi olan Əyyub Türkay uşaqlar üçün qələmə aldığı “Balacaların şeir çələngi” adlı kitabı ilə ilk dəfədir ki, oxucularının görüşünə gəlir.


Baxış sayı - 1 044 | Yüklənmə tarixi: 01.06.2022 07:46
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 12345
6789101112
13141516171819
20212223242526
27282930