manera.az
manera.az

Elmi-fantastika janrında yeni kitab nəşr olunub

📅 03.04.2022 10:44

Elmi-fantastika janrında yeni kitab nəşr olunub
Tanınmış uşaq yazarı, Azərbaycan Yazıçılar Birliyinin üzvü Vüqar Haqverdiyevin elmi-fantastika janrında yazdığı “Zaman maşınında səyahət: Qırmızı Adamlar Planeti” kitabı nəşr olunub.

Kitab “Xan” Nəşriyyatının “Balabilgə Nəşrləri”ndə işıq üzü görüb.

Nəşrin redaktoru Hədəf Nəşriyyatının direktoru Səbuhi Şamursoy, rəssamı isə müəllif özüdür.

Kitab yeniyetmə uşaqlar üçün nəzərdə tutulub və Azərbaycanda elmi fantastika janrının inkişaf etdirilməsi, elmin populayarlaşdırılması, uşaq və yeniyetmələrdə elmə marağın oyadılması, AMEA-nın və onun nəzdindəki Yüksək Texnologiyalar Parkının təbliği baxımından mühüm əhəmiyyətə malikdir.

Əsər elmin gücündən istifadə edərək zaman maşını düzəldib keçmişə, gələcəyə və başqa planetə səyahət etmək istəyən yeniyetmə oğlanın və ona bu işdə köməklik göstərən YTP-də çalışan təcrübəli professorun başına gələn qəribə və həyəcanla dolu macəralardan bəhs edir.

Elmi-fantastika janrında yeni kitab nəşr olunub


Baxış sayı - 935 | Yüklənmə tarixi: 03.04.2022 10:44
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031