manera.az
manera.az

Uşaqlar üçün “Nağıl saatı” təşkil olunub

📅 18.10.2021 10:10

Uşaqlar üçün “Nağıl saatı” təşkil olunub
F.Köçərli adına Respublika Uşaq Kitabxanasında təşkil olunan “Nağıl saatı”nda uşaq yazıçısı Mehriban Nağıyeva ilə oxucular arasında görüş keçirilib.

Manera.az xəbər verir ki, ilk nağıl saatında Bakı şəhər 60 nömrəli tam orta məktəbin 2 və 3-cü sinif şagirdləri iştirak ediblər.

Görüşdə yazıçı uşaqlar üçün “Xarıbülbül və Günəşin nağılı”, “Lovğa tülkü”, “Dərdli kirpi” nağıllarını, hekayə və təmsillərindən parçalar oxuyub, “Qazlar”, “Şuşa”, “Gicitkən” və digər şeirlərini səsləndirib.

Uşaqların müxtəlif suallarını cavablandıran Mehriban Nağıyeva oxucularla maraqlı diskussiyalar aparıb. Yazıçı bildirib ki, nağılların təsiri ilə böyüyən hər bir uşağın söz ehtiyatı zəngin, nitqi isə səlis olur.

Sonda uşaqların hər birinə yazıçının imzaladığı “Uşaqların şeir payı”, “Əsmərin sehrli zənbili”, “Ay Səni Tülkü Lələ” nağıl kitabları və kitabxana tərəfindən təsis edilən “Göy Qurşağı” uşaq jurnalları hədiyyə edilib.

Uşaqlar üçün “Nağıl saatı” təşkil olunub


Baxış sayı - 822 | Yüklənmə tarixi: 18.10.2021 10:10
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031