“Kod adı V.X.A” yenidən səhnədə
Mayın 25-də Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında “Kod adı V.X.A” tamaşası növbəti dəfə nümayiş olunacaq.
Teatrdan MANERA.AZ-a bildirilib ki, tarixi-sənədli faktlara istinadla qurulan səhnə əsərində teatrın 70 nəfərlik böyük heyəti rol alır.
Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadənin müəllifi və quruluşçu rejissoru olduğu tamaşa ötən əsrin 30-cu illərinin mənzərəsini təsvir edir.
“Kod adı V.X.A” Şükriyyə Axundzadənin timsalında 26 min qadının məşəqqətli həbs və sürgün həyatına həsr olunub. İkihissəli tamaşanın quruluşçu rəssamı Mustafa Mustafayev, bəstəkarı Azər Hacıəsgərli, işıq üzrə rəssamı isə Vadim Kuskovdur.