manera.az
manera.az

“Min möhtəşəm günəş” tamaşası yenidən səhnədə

📅 02.11.2017 11:55

“Min möhtəşəm günəş” tamaşası yenidən səhnədə
Noyabrın 27-də İrəvan Dövlət Azərbaycan Dram Teatrının təqdimatında əfqan yazıçısı Xalid Hüseyninin məşhur romanı əsasında səhnələşdirilən "Min möhtəşəm günəş” ikihissəli dram nümayiş olunacaq.

Tamaşa Səməd Vurğun adına Rus Dram Teatrının səhnəsində göstəriləcək.

İrəvan Dövlət Azərbaycan Dram Teatrından MANERA.AZ-a bildirilib ki, teatr 136-cı mövsümün açılışında tamaşanın anşlaqla keçməsini nəzərə alaraq yenidən səhnəyə qoymaq qərarına gəlib.

Tamaşanın quruluşçu rejissoru Elvin Mirzəyev, quruluşçu rəssamı Məhsəti Eldarova, bəstəkarı Əməkdar İncəsənət Xadimi Cavanşir Quliyevdir.

Səhnə əsərində rolları teatrın aktyorları ifa edəcək.

Əsərin mövzusu Əfqanıstanda qadın hüquqsuzluğundan bəhs edir.


Baxış sayı - 1 277 | Yüklənmə tarixi: 02.11.2017 11:55
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 12345
6789101112
13141516171819
20212223242526
27282930