manera.az
manera.az

“Şükriyyə” tamaşası yenidən səhnədə

📅 16.04.2024 19:09

“Şükriyyə” tamaşası yenidən səhnədə
Aprelin 27-də Akademik Milli Dram Teatrında “Şükriyyə” tamaşası növbəti dəfə nümayiş olunacaq.

MANERA.AZ xəbər verir ki, səhnə əsəri yazıçı Cavid Zeynallının “Şükriyyə” pyesi əsasında hazırlanıb.

İkihissəli tale dramında Xalq artistləri Nurəddin Mehdixanlı, Əli Nur, Əməkdar artistlər Münəvvər Əliyeva, Mehriban Xanlarova, Vəfa Rzayeva, Şəlalə Şahvələdqızı və digər aktyorlar çıxış edirlər.

Qeyd edək ki, səhnə əsəri Azərbaycanın istiqlal şairi Əhməd Cavadın həyat yoldaşı Şükriyyə Axundzadənin Qazaxıstandakı sürgün həyatı haqqındadır.

O, 1937-ci il oktyabrın 14-də həbs olunub. Şükriyyə xanıma 8 il həbs cəzası verilib və “xalq düşməninin həyat yoldaşı” kimi Şimali Qazaxıstanın Akmolinski vilayətinə - əmək koloniyasına göndərilib.

“Şükriyyə” tamaşası yenidən səhnədə


Baxış sayı - 450 | Yüklənmə tarixi: 16.04.2024 19:09
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031