manera.az
manera.az

Gənc Tamaşaçılar Teatrında yeni premyera - Fotolar

📅 18.12.2022 12:27

Gənc Tamaşaçılar Teatrında yeni premyera - Fotolar
Dekabrın 17-də Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında yeni səhnə əsərinin premyerası olub.

MANERA.AZ xəbər verir ki, “Kod adı “V.X.A” tamaşası istiqlal şairi, repressiya qurbanı Əhməd Cavadın (1892-1937) xanımı Şükriyyə Axundzadənin və ötən əsrin 30-cu illərində repressiyaya məruz qalmış digər Azərbaycan ziyalılarının xanımlarının xatirəsinə həsr olunub.

Pyesin müəllifi və quruluşçu rejissoru, Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadə tamaşa haqqında belə deyir: “Bu səhnədə görüb eşidəcəyiniz hadisələr 1937-ci illər tarixində... bəlli məkanda, bəlli insanlarla yaşanıb. Bu tamamən sənədli faktlara söykənmiş və bədiiləşmiş hekayədir. Bu hekayə bir qadının fiziki olaraq belə bir cəhənnəmi necə yaşaması... hər addımı alçaldıcı həqarətlərlə, qeyri-insani münasibətlərlə dolu ən dəhşətli yaşam şərtlərində ləyaqətini necə qoruması haqqında kod elegiyadır. Bu sənədli-bədii dramdır... Bu bir İTHAFdır... Bu ən dəhşətli zamanda ləyaqətini qorumağın nümunəsidir... Bu Şükriyyə Axundzadənin timsalında 26 min qadına VİDA borcumuzdur...”.

Sənədli dram janrında olan səhnə əsərində rejissor gerçək mətnlərə, istintaq materiallarına, real insanların taleyinə əsaslanan, sosial analiz və sənətin vəhdəti olan didaktik verbatim yanaşmasını seçib. Müraciət edilən mövzu, seçilən janr və 70 nəfərlik heyəti ilə yeni tamaşa özlüyündə bir sıra “ilk”lərə imza atmış olur.

Tamaşanın quruluşçu rəssamı Mustafa Mustafayev, bəstəkarı Azər Hacıəsgərli, işıq üzrə rəssamı Vadim Kuskovdur. Plastik həlli Ceyhun Dadaşova məxsus olan səhnə əsərinin ərsəyə gəlməsində rejissorlar Nihad Qulamzadə, Gülnar Hacıyeva, rejissor assistentləri Günay Qasımova və Sevda Hacışəmiyeva da iştirak ediblər.

Gənc Tamaşaçılar Teatrında yeni premyera - Fotolar
Gənc Tamaşaçılar Teatrında yeni premyera - Fotolar
Gənc Tamaşaçılar Teatrında yeni premyera - Fotolar
Gənc Tamaşaçılar Teatrında yeni premyera - Fotolar
Gənc Tamaşaçılar Teatrında yeni premyera - Fotolar
Gənc Tamaşaçılar Teatrında yeni premyera - Fotolar


Baxış sayı - 441 | Yüklənmə tarixi: 18.12.2022 12:27
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031