Tənhalıqdır... | MANERA.AZ
MANERA.AZ
Bu gün yazıçı Hədiyyə Şəfaqətin doğum gündür.
MANERA.AZ olaraq səbəbkarı təbrik edir və onun yeni şeirlərinii oxuculara təqdim edirik:
...Duman kimidir gəlib-kecən nə varsa indi
Yaşarmış gözlərinin donuq baxışlarında
Bir söz pıçıldayırsan-
"Çox çətindi, çətindi"-
Addımların islanır payız yağışlarında...
Bir yerdə anlayırsan-son yol ümüddən keçir
Başqa nəsə etməyə çırpınmağın hədərdir
Qəlbindən bir hıçqırıq dillənir için-için
Bilirsən bunun adı-
Tənhalıqdır...
Kədərdir...
Altında oturduğun ağacın budaqları
Damla-damla yaş düzür,
Sənə "ağlama"-deyə
Ayağınla oynadıb saralmış yarpaqları
Düşünürsən-
"İlahi!
Niyə?
Niyə?"...
Bəs niyə?...
***
.. Adam
Bir axşam qaranlığında yolunu itirdi...
Və yorulmuşdu da,
Uzandı qurumuş otların üstündə
Səfər çantasını başının altına qoyaraq...
Bir az keçmiş
Ay doğdu dağların arxasından, bəldirlənmiş ay,
Adam
Bir ona, bir süd kimi ətrafını sarmalayan işığa baxdı...
Ayağa qalxdı...
"Ey,
Mənə yoldaş olursanmı bu gecə?"
Cavab gəlmədi...
"Ey,
Bir söz de"-səsləndi
Aya doğru daha bir neçə addım ataraq...
Göylər susurdu...
"Ey....
Ey....
Ey..."-qayalara dəyib əks-səda verdi yolçu Adamın səsi...
...Ay işığında
Yarpaqları işım-işım yanırdı çay quanqının...
Oturdu və kürəyini ona söykədi...
"Ay səni,
Etdiyim bir dəlilikdir"...
...Ay yüksəldikcə
Yumulub
Yuxuya getdi
Adamın
Və quanq ağacının kölgəsi...
MANERA.AZ