manera.az
manera.az

Mingəçevir Teatrında yeni tamaşa

📅 27.01.2024 09:24

Mingəçevir Teatrında yeni tamaşa
Mingəçevir Dövlət Dram Teatrında İsi Məlikzadənin “Subaylarınızdan görəsiniz” komediyası tamaşaya qoyulur.

MANERA.AZ xəbər verir ki, əsərə Xalq artisti Valeh Kərimov quruluş verir. Tamaşanın quruluşçu rəssamı Pakizə Adilbəyli, musiqi tərtibatçısı Elnur Rəsulov, rejissor assistenti Məlahət Ağayevadır.

Rolları Əməkdar artist Şıxı Yaqubov, aktyorlar Afət Əliyeva, Turqut Məsimli, Hüseyn Mustafayev, Aytən İsmayılova, Vəfa İsmayılova, Elvin Əkbərli, Cavidan Abdullayev, İbrahim Salamov, Asim Əmirov və başqaları ifa edirlər.

Qeyd edək ki, Mingəçevir Dövlət Dram Teatrının cari il üçün yaradıcılıq planında “Hacı Qara” (M.F.Axundzadə), “Ceyhunun zaman maşını” (A.Həsənoğlu) və “Həyatla oyun” (A.Soltan) tamaşalarının hazırlanması da nəzərdə tutulub. Hər üç tamaşaya teatrın baş rejissoru Vüsal Mehrəliyev quruluş verəcək.

Mingəçevir Teatrında yeni tamaşa


Baxış sayı - 441 | Yüklənmə tarixi: 27.01.2024 09:24
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031