manera.az
manera.az

Mingəçevir Teatrında yeni tamaşa hazırlanır

📅 22.02.2019 12:30

Mingəçevir Teatrında yeni tamaşa hazırlanır
Mingəçevir Dövlət Dram teatrında yeni tamaşa hazırlanır

Manera.az xəbər verir ki, A.P.Çexovun “Ayı” adlı əsəri əsasında hazırlanan tamaşanın rejissoru Nicat Mirzəzadədir.

Quruluşçu rəssamı Rafael Həşimov, musiqi tərtibatçısı Elnur Rəsulov, rejissor assistenti Məlahət Ağayeva, rəqslərin quruluşu Eyvaz Əliyevdir. Tamaşada teatrın aktyorlarından Ella Yaqubova, Şıxı Yaqubov, Aydın Quliyev, Asim Məmmədov, Fəridə Məmmədova, Nargilə Abdullayeva iştirak edirlər.

Hal-hazırda məşqi gedən və üzərində çalışdığımız eyni adlı səhnə əsərinə çağdaş teatr proseslərinə uyğun olaraq “eksperimental metod” ilə səhnə həlli verilir. Tamaşanın süjet xəttini iki şəxs, kişi və qadın arasında arasında “pul borcu” konfilikti təşkil edir. Hansı ki, bu konfiliktə məruz qalan qadın borca görə günahkar deyil. Bu borc onun mərhum ərindən qalıb. Borcunun ardınca gələn kişi (Smirnov) və borcu vermək istəməyən qadın (Popova) arasında kəskin və komik mübarizə başlayır. Və hadisələr davam etdikcə süjetin mahiyyəti dəyişərək duyğusal məcraya keçir.

MANERA.AZ


Baxış sayı - 1 046 | Yüklənmə tarixi: 22.02.2019 12:30
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 12345
6789101112
13141516171819
20212223242526
27282930