manera.az
manera.az

Mingəçevir Teatrında yeni tamaşa nümayiş olunub

📅 26.10.2023 07:06

Mingəçevir Teatrında yeni tamaşa nümayiş olunub
Mingəçevir Dövlət Dram Teatrı tanınmış yazıçı Xeyrəddin Qocanın “Zamanın ruzigari” pyesi əsasında “Molla Nəsrəddin” tamaşasını nümayiş etdirib.

MANERA.AZ xəbər verir ki, Cəlil Məmmədquluzadənin keşməkeşli həyatından, “Molla Nəsrəddin” jurnalının nəşrinin çətinliklərindən bəhs edən pyesi quruluşçu rejissor Vüsal Mehrəliyev səhnələşdirib.

Səhnə əsərinin quruluşçu rəssamı Pakizə Adilbəyli, musiqi tərtibatçısı Elnur Rəsulov, rejissor assistentləri İlahə Qasımova, Çiçək İsmayılzadədir. Rəqslərin quruluşu Eyvaz Əliyevə məxsusdur.
Mingəçevir Teatrında yeni tamaşa nümayiş olunub
Tamaşaçılar Mirzə Cəlilin, Mirzə Ələkbər Sabirin, Əbdürrəhim bəy Haqverdiyevin obrazlarını səhnədə sürəklə alqışlayıblar.

Rolları teatrın aktyorları Aydın Quliyev (Mirzə Cəlil), Vüsalə Əliyeva (Həmidə xanım), Paşa Salmanov (Mirzə Ələkbər Sabir), Şıxı Yaqubov (Əbdürrəhim bəy Haqverdiyev), Hüseyn Mustafayev (Kefli İsgəndər), Qabil İbrahimli (Hacı Həsən), Arif Əhmədov (Vəli Xan), Asim Məmmədov (Novruzəli) oynayıblar.

Tamaşa ilk səhnələrdən rəğbətlə qarşılanıb.


Baxış sayı - 383 | Yüklənmə tarixi: 26.10.2023 07:06
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031