manera.az
manera.az

Bu il Qax Teatrında dörd yeni tamaşa hazırlanacaq

📅 07.01.2024 15:46

Bu il Qax Teatrında dörd yeni tamaşa hazırlanacaq
Mədəniyyət Nazirliyi tərəfindən təsdiq edilmiş repertuar plana əsasən, 2024-cü ildə Qax Dövlət Kukla Teatrında dörd yeni tamaşa hazırlanacaq.

MANERA.AZ xəbər verir ki, bu barədə teatrın direktoru vəzifəsini icra edən, Əməkdar artist Yusif Abdurahmanov məlumat verib.

Qurum rəsmisi bildirib ki, bu il teatrın səhnəsində E.Çernyak və E.Gilodinin “Güllü və Güloğlan”, Vüqar Haqverdiyevin “Qarınqulu ayı balası”, Çingiz Ələsgərlinin “Pinokkionun sərgüzəştləri” və Vladimir Orlovun “Qızıl cücə” əsərləri tamaşaya qoyulacaq.

Yaradıcı kollektiv yaxın günlərdə “Güllü və Güloğlan” tamaşası üzərində məşqlərə başlayacaq. Tamaşaya Əməkdar artist Yusif Abdurahmanov quruluş verəcək.


Baxış sayı - 345 | Yüklənmə tarixi: 07.01.2024 15:46
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031