manera.az
manera.az

Marat Haqverdiyevin əsəri tamaşaya hazırlanır MANERA.AZ

📅 31.08.2015 10:32

Marat Haqverdiyevin əsəri tamaşaya hazırlanır MANERA.AZ

Azərbaycan Yaradıcılıq Fondunun nəzdində fəaliyyət göstərən "Sönməyən ulduzlar" teatrı yeni mövsümü sentyabrın 5-də açacaq.

Mədəniyyət və Turizm Nazirliyindən bildirilib ki, teatrda yazıçı Marat Haqverdiyevin "Məhəbbət və şeytan" əsəri tamaşaya hazırlanacaq. Tamaşanın quruluşçu rejissoru Yusif Əkbərovdur. Rolları əməkdar artistlər Raziyə Şirinova, Firuz Xudaverdiyev, Şükufə Musayeva, Əməkdar Mədəniyyət İşçisi Rafiq Kaşanlı, aktyor Məmməd Əliyev və başqaları ifa edəcəklər.

Marat Haqverdiyevin bu əsəri uzun illər əvvəl Gənc Tamaşaçılar Teatrında "Məhəbbət, şeytan, lambada" adı ilə səhnəyə qoyulub.

"Sönməyən ulduzlar" teatrında əsasən qocaman sənət adamları çıxış edirlər. Teatrın bədii rəhbəri Rafiq Kaşanlıdır.


Baxış sayı - 1 788 | Yüklənmə tarixi: 31.08.2015 10:32
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031