manera.az
manera.az

Şəki Teatrında dörd yeni tamaşa hazırlanacaq

Şəki Teatrında dörd yeni tamaşa hazırlanacaq
Mədəniyyət Nazirliyi tərəfindən təsdiq edilmiş repertuar planına əsasən, 2019-cu ildə Şəki Dövlət Dram Teatrında dörd yeni tamaşa hazırlanacaq.

Manera.az xəbər verir ki, bu barədə teatrın baş rejissoru, Əməkdar incəsənət xadimi Mirbala Səlimli məlumat verib.

Rejissor bildirib ki, bu il teatrın səhnəsində Xalq yazıçısı Elçinin “Teleskop”, fransız dramaturqu Jan Batist Molyerin “Xəstəlik xəstəsi”, əsərləri tamaşaya qoyulacaq.Bununla yanaşı, “Kitabi-Dədə Qorqud” dastanının motivləri əsasında “Dəli Domrul” tamaşası hazırlanacaq.

Teatrda, həmçinin klassik Azərbaycan dramaturqu Cəfər Cabbarlının anadan olmasının 120 illiyi münasibəti ilə onun əsərlərindən biri tamaşaya qoyulacaq. Repertuara Azərbaycan dramaturqlarının əsərləri ilə yanaşı, klassik dünya dramaturgiyasının nümunəsinin daxil edilməsi teatrın rejissor və aktyorlarının yaradıcılığını, peşəkarlığını daha da inkişaf etdirmək məqsədi daşıyır.

Hazırda teatrın səhnəsində görkəmli dramaturq Elçinin “Teleskop” əsəri əsasında hazırlanan tamaşanın məşqləri gedir. Tamaşanın bədii rəhbəri Mirbala Səlimli, quruluşçu rejissoru Orxan Həmidli, quruluşçu rəssamı Sahib Əhmədli, musiqi tərtibatçısı Zeynəb Orucova, rəqslərin quruluşçusu Çingiz Novruzəliyevdir. Əsas rollarda Əməkdar artist Rəhim Qocayev, aktyorlar Xəyal Salahov, Hüseyn Hüseynli, İlkin Rüstəmov, aktrisalar Lalə Məmməd, Günay Novruzəliyeva, Nərmin Abbasova, Fidan Lətifova və başqaları çıxış edir.

Tamaşa martın əvvəllərində, Milli Teatr Günü ərəfəsində teatrsevərlərə təqdim olunacaq.

MANERA.AZБесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2019    »
 123
45678910
11121314151617
18192021222324
252627282930