manera.az
manera.az

BSU-nun Çexiya Mərkəzinin 5 illiyi keçirilib - FOTOLAR | MANERA.AZ


BSU-nun Çexiya Mərkəzinin 5 illiyi keçirilib - FOTOLAR | MANERA.AZ
2010-cu ildə Bakı Slavyan Universitetində (BSU) Çex Dili və Mədəniyyəti Mərkəzi fəaliyyətə başlamışdır. Oktyabrın 19-da Mərkəzin yaranmasının 5 illik yubileyi münasibəti ilə BSU-da təntənəli tədbir təşkil edilib.

MANERA.AZ xəbər verir ki, mərasimi giriş sözü ilə açan rektor, professor Asif Hacıyev Çex Dili və Mədəniyyəti Mərkəzinin əsas vəzifəsinin Azərbaycan və Çexiya arasında mədəni əlaqələri inkişaf etdirməkdən və gənclərin hər iki ölkənin mədəniyyətinə, təhsilinə marağını artırmaqdan ibarət olduğunu qeyd edib. Rektor xüsusilə vurğulayıb ki, cənab səfirlə görüş zamanı Çexiyanın tanınmış universitetlərinin birində Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin açılması barədə fikir mübadiləsi aparılıb. Mərkəzin fəaliyyətə başladığı gündən əldə etdiyi nailiyyətlərdən danışan A.Hacıyev yubiley münasibəti ilə mərasim iştirakçılarını təbrik edib, onlara uğurlar arzulayıb.
BSU-nun Çexiya Mərkəzinin 5 illiyi keçirilib - FOTOLAR | MANERA.AZ
Tədbirə böyük məmnuniyyətlə qatılan Çexiya Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Vitezslav Pivonka Mərkəzin 5 illiyinə həsr olunmuş maraqlı mərasimi təşkil etdiyinə görə BSU rəhbərliyinə və çexiyaşünas tələbələrə dərin minnətdarlığını bildirib. Səfir çıxışında azərbaycanlı tələbələrin çex dili və mədəniyyətini belə tez və mükəmməl mənimsəməsini, bu dilin yüksək səviyyədə tədrisini yüksək qiymətləndirib, Mərkəzin “Fəxri qonaqlar” kitabına ürək sözlərini yazıb. Yubiley münasibəti ilə mərasim iştirakçılarını təbrik edən Vitezslav Pivonka səfirliyin adından universitetin rektoruna və Mərkəzə “Təşəkkürnamə” təqdim edib.
BSU-nun Çexiya Mərkəzinin 5 illiyi keçirilib - FOTOLAR | MANERA.AZ
Tədbirin davamında Çex Dili və Mədəniyyəti Mərkəzinin 5 illik fəaliyyətinə həsr olunmuş film nümayiş olunub. Tələbələrin çex dilində hazırladıqları mahnı və şeirlər qonaqların marağına səbəb olub.

Aytəkin Qardaşova






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2025    »
 123456
78910111213
14151617181920
21222324252627
282930