manera.az
manera.az

Bakıda tatarların milli bayramı qeyd ediləcək

Bakıda tatarların milli bayramı qeyd ediləcək
Bakıda iyunun 18-də Dənizkənarı Bulvarın ərazisində Sabantuy tatar milli bayramı qeyd ediləcək.

MANERA.AZ xəbər verir ki, bu il bayram Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunub.

"Baursak”ın Evi" adlanan sahədə çayxana kimi stilizə edilmiş fotozona təqdim olunacaq. Orada iştirakçılar həmçinin tatar şirniyyatları, çay, keramika və “baursak” adlanan şirniyyatlara qonaq ediləcək. Bundan əlavə, burada taxta samovar şəklində çay stendlərində milli naxışların çəkilməsi üzrə ustad dərsi keçiriləcək.

“Milli müdriklik evi” adlanan sahədə tatar ictimai xadimlərinə və Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Mənəviyyat, mədəniyyət, maarifçilik” adlı sərgi ekspozisiyası hazırlanacaq.

Mədəni tədbirin proqramında həmçinin xalq sənəti yarmarkası və müxtəlif müsabiqələr nəzərdə tutulub.

Sabantuy iştirakçıları zonalar üzrə idman-əyləncə oyunlarında da iştirak edə biləcəklər.

Bayramın baş səhnəsində Azərbaycan və Tatarıstan artistlərinin iştirakı ilə konsert keçiriləcək.

Tədbirə giriş pulsuzdur.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2024    »
1234567
891011121314
15161718192021
22232425262728
2930