manera.az
manera.az

“Qarabağnamə” tamaşası yeni finalla oynanılacaq

📅 08.04.2023 15:45

“Qarabağnamə” tamaşası yeni finalla oynanılacaq
Aprelin 19-da Heydər Əliyev Mərkəzində yazıçı-dramaturq İlyas Əfəndiyevin “Hökmdar və qızı” pyesi əsasında hazırlanmış “Qarabağnamə” tamaşası nümayiş olunacaq.

MANERA.AZ xəbər verir ki, artıq tamaşanın məşqləri gedir. Tamaşa Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr edilmiş “Heydər Əliyev və milli teatr sənəti” layihəsi çərçivəsində təqdim ediləcək.

Quruluşçu rejissoru Xalq artisti Mərahim Fərzəlibəyovun olduğu tamaşada, ümumilikdə 21 aktyor iştirak edir. Səhnə əsərində XVIII əsrdə Qarabağ xanlığının mərkəzi olan Şuşada baş vermiş tarixi hadisələrdən və Qarabağ hökmdarı İbrahim xanın ictimai-siyasi, ailə həyatından bəhs olunur.

“Qarabağnamə”nin İbrahim xanı Xalq artisti Kazım Abdullayev, Ağabəyim ağası isə Əməkdar artist Məsmə Aslanqızıdır.

Həmin gün Heydər Əliyev Mərkəzinin səhnəsinə Xalq artistləri Əli Nur, Firəngiz Mütəllimova, Hacı İsmayılov, Rafiq Əzimov, Ramiz Məlik, Əməkdar artistlər Elnar Qarayev, Elxan Quliyev, Elşən Cəbrayılov, Əminə Babayeva, Kazım Həsənquliyev və digərləri də çıxacaqlar.

Tamaşanın quruluşçu rejissoru Xalq artisti Mərahim Fərzəlibəyov tamaşanın qələbədən sonra yeni finalla oyananılacağını bildirib: "O dövrdə əsər İbrahim xanın bütün ailəsinin şəhid olması ilə bitirdi. Amma biz 44 günlük zəfərimizdən sonra böyük yazıçımız Elçin müəllimlə məsləhətləşdik ki, artıq onu belə bədbin notlarla bitirə bilmərik. Artıq Qarabağ azad olunub. Ona görə də tamaşanın sonunda Ağabəyim ağa Qarabağın azadlığı haqqında kiçik bir monoloq deyir”.

Qeyd edək ki, tamaşa Heydər Əliyev Mərkəzinin və Mədəniyyət Nazirliyinin birgə təşkilatçılığı ilə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının təqdimatında göstəriləcək.


Baxış sayı - 579 | Yüklənmə tarixi: 08.04.2023 15:45
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031