manera.az
manera.az

Rus Dram Teatrında Milli Qurtuluş Günü qeyd ediləcək

📅 09.06.2017 20:34

İyunun 15-də S.Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrının səhnəsində Milli Qurtuluş Gününə həsr edilən gecə keçiriləcək.

Tədbirdə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin adı, onun incəsənətə, dramaturgiyaya və teatra münasibətilə bağlı yaxın keçmişə qısa tarixi ekskurs olacaq. Daha sonra bu mövzunun davamı kimi ulu öndər Heydər Əliyevin yaradıcılığını yüksək qiymətləndirdiyi M.F.Axundzadənin anadan olmasının 200 illiyi münasibətilə teatrın baş rejissoru, Azərbaycanın Xalq Artisti Aleksandr Şarovskinin quruluşunda “Müsyö Jordan həkimi-nəbatat və dərviş Məstəli şah cadukuni-məşhur” tamaşası nümayiş etdiriləcək.

Teatrın aparıcı və gənc aktyorlarının rol aldığı bu tamaşada Əməkdar İncəsənət Xadimi Vaqif Gərayzadənin orijinal müəllif musiqisi, Xalq Artisti Aleksandra Nikuşinanın şeirləri səsləndiriləcək.

Səhnə əsərinin xoreoqrafiyası Əməkdar Artist Fuad Osmanovundur. Tamaşa üçün kostyumları Əməkdar İncəsənət Xadimi Fəxriyyə Xələfova hazırlayıb.

Rus Dram Teatrında Milli Qurtuluş Günü qeyd ediləcək


Turan Etibaroğlu
Manera.az


Baxış sayı - 1 282 | Yüklənmə tarixi: 09.06.2017 20:34
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031