manera.az
manera.az

Ey Azərbaycanım adlı konsert təqdim olunacaq

📅 08.05.2019 15:44

Ey Azərbaycanım adlı konsert təqdim olunacaq


Sosial aksiyalar, maarifləndirici layihələr, yetişən nəsillərdə sənətə sevgi aşılayan rəngarəng proqramlarla tamaşaçılarının görüşünə gələn Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı istedadlı uşaq və yeniyetmələrin iştirakı ilə növbəti konsertinə hazırlaşır. Belə ki, mayın 10-da (saat 17.00) Dənizkənarı Milli Parkda teatrın nəzdindəki “Oyuq” teatr-studiyasının istedadlı ifaçılarının iştirakı ilə “Ey Azərbaycanım” adlı açıq hava konserti keçiriləcək.

Dənizkənarı Bulvar İdarəsi ilə teatrın birgə təşkil etdiyi konsert Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunub.
Klassik bəstəkar, xalq və populyar estrada mahnılarından ibarət rəngarəng konsert proqramında studiyanın yerli və beynəlxalq sənət müsabiqələrində iştirak edərək mükafatlar qazanan uşaqları çıxış edəcəklər.
Onu da qeyd edək ki, bu konsert teatrın Dənizkənarı Bulvar İdarəsi ilə reallaşdırdığı növbəti konsert proqramıdır.

Turan Etibaroğlu
MANERA.AZ


Baxış sayı - 1 080 | Yüklənmə tarixi: 08.05.2019 15:44
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031