manera.az
manera.az

Azər Paşa Nemətovu o əvəz edəcək - FOTO

📅 14.04.2023 09:36

Azər Paşa Nemətovu o əvəz edəcək - FOTO
Aprelin 13-də Azərbaycan Teatr Xadimləri İttifaqı İdarə heyətinin iclası keçirilib.

MANERA.AZ xəbər verir ki, bu barədə İttifaqın feysbuk səhifəsində məlumat paylaşılıb.

Bildirilib ki, iclasda Xalq artisti Azər Paşa Nemətovun xatirəsi bir dəqiqəlik sükutla yad edilib, sənətkarın şəxsiyyətindən, sənətindən, Azərbaycan mədəniyyətindəki, o cümlədən teatr sənətindəki əvəzolunmaz yerindən danışılıb.

Sonra sədrin vəzifə səlahiyyətlərinin icrası barədə məsələ müzakirə edilib.

İdarə heyəti üzvlərinin yekdil qərarı ilə Azərbaycan Teatr Xadimləri İttifaqının növbəti Konfransına qədər İttifaq sədrinin səlahiyyətləri sədr müavini Xalq artisti, Dövlət mükafatı laureatı, “Şöhrət” Ordenli Hacı Məcid oğlu İsmayılova verilib.

Azər Paşa Nemətovu o əvəz edəcək - FOTO


Baxış sayı - 396 | Yüklənmə tarixi: 14.04.2023 09:36
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 12345
6789101112
13141516171819
20212223242526
27282930