Xalq artisti Azər Paşa Nemətov vəfat etdi

Xalq artisti Azər Paşa Nemətov vəfat edib.
MANERA.AZ xəbər verir ki, bu barədə Akademik Milli Dram Teatrının mətbuat katibi Cavid Zeynallı məlumat verib.
O bildirib ki, teatrın bədii rəhbəri Xalq artisti Azər Paşa Nemətov bu gün 75 yaşında dünyasını dəyişib.
Qeyd edək ki, Xalq artisti 1947-ci ildə Bakı şəhərində anadan olub.
1991-ci ildən Azərbaycan Teatr Xadimləri İttifaqına da rəhbərlik edən Azər Paşa Nemətovun fəaliyyəti dövlət tərəfindən yüksək qiymətləndirilib.
Teatr sənəti sahəsində xidmətlərinə görə 1987-ci ildə Əməkdar incəsənət xadimi, 2002-ci ildə Xalq artisti fəxri adlarına, 2007-ci ildə “Şöhrət”, 2022-ci ildə “Şərəf” ordenlərinə layiq görülüb.
Azər Paşa Nemətov II Fəxri xiyabanda dəfn ediləcək.
Allah rəhmət eləsin!