manera.az
manera.az

Rasim Balayev Kinematoqrafçılar İttifaqının sədri seçildi

Rasim Balayev Kinematoqrafçılar İttifaqının sədri seçildi
Xalq artisti Rasim Balayev Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) sədri seçilib.

MANERA.AZ xəbər verir ki, bu gün AKİ-nin idarə heyətinin və üzvlərinin ümumi iclası keçirilib.

Tədbir mərhum Xalq yazıçısı Rüstəm İbrahimbəyovun ruhunun bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Çıxış edən Xalq yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin sədri Anar Rüstəm İbrahimbəyovun Azərbaycan kino və ədəbiyyat tarixində yerini yüksək qiymətləndirib.

Ardından ittifaqın sədrliyinə açıq səsvermənin keçirilməsini təklif edib və namizəd kimi Xalq artisti Rasim Balayevi təklif edib. Təklif yekdilliklə qəbul edilib və Rasim Balayev sədr vəzifəsinə seçilib.

Qeyd edək ki, AKİ-nin əvvəlki sədri Xalq yazıçısı Rüstəm İbrahimbəyov martın 10-da Rusiyada vəfat edib.

O, Birinci Fəxri Xiyabanda dəfn olunub.


Baxış sayı - 1 035 | Yüklənmə tarixi:




Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2025    »
1234567
891011121314
15161718192021
22232425262728
293031