manera.az
manera.az

Zəfər Nemətovun anım tədbiri keçirilib

📅 07.06.2017 09:56

Zəfər Nemətovun anım tədbiri keçirilib


Azərbaycanın görkəmli teatr rejissoru, Azərbaycan SSR əməkdar incəsənət xadimi, pedaqoq Zəfər Nemətovun anım tədbiri keçirilib.Xatirə
mərasimində Mədəniyyət və Turizm Nazirliyinin rəsmiləri, mədəniyyət-incəsənət xadimləri, rejissorun ailə üzvləri iştirak ediblər



Zəfər Nemətovun anım tədbiri keçirilib


Azərbaycan Teatr Xadimləri İttifaqının sədri, Akademik Milli Dram Teatrının bədii rəhbər-baş rejissoru, xalq artisti Azər Paşa Nemətov Z. Nemətovun Azərbaycan teatrının inkişafındakı xidmətlərindən danışıb, onun quruluş verdiyi tamaşaların bədii-estetik həllindən bəhs edib.“Zəfər Nemətov Azərbaycan teatrında təkcə rejissor kimi yox, pedaqoq, özündən sonra bizim teatra yüzlərlə tələbə bəxş edən müəllim kimi hörmət və ehtiramla yad edilir. O, bütün həyatını Azərbaycan xalqı və bizim böyük mədəniyyətimiz üçün həsr edib. Zəfər Nemətovun görmək istədiyi bütün işləri davam etdirməliyik. O, görkəmli rejissor kimi qısa və mənalı ömür yaşayıb. Eyni zamanda deyə bilərəm ki, həyatı çətin keçsə də, özündən sonra silinməz izlər qoyub. Bu gün Azərbaycan Teatr Xadimləri İttifaqının binası onun zəhməti və xidməti nəticəsində yaranıb”, - deyə Azər Paşa Nemətov bildirib.
Zəfər Nemətovun anım tədbiri keçirilib


Məlumat üçün bildirək ki, Zəfər Nemətov 1917-ci il iyunun 6-da Bakıda anadan olub. 1931-ci ildən 1941-ci ilə kimi Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında aktyor, 1942-ci ildən - 1953-cü ilə qədər quruluşçu rejissor, 1954-cü ildən 1969-cu ilə kimi isə baş rejissor vəzifəsində çalışıb. Gənc Tamaşaçılar Teatrında “Məlik Məmməd”, “Müfəttiş”, “Qaraca qız”, “Yaşar”, “Romeo və Culyetta”, “Komsomol poeması”, “Əlvida Hindistan” və başqa tamaşalara quruluş verib.Zəfər Nemətov 1971-ci ilin 19 noyabrında 54 yaşında vəfat edib.

Turan Etibaroğlu
MANERA.AZ


Zəfər Nemətovun anım tədbiri keçirilib

Zəfər Nemətovun anım tədbiri keçirilib


Baxış sayı - 1 751 | Yüklənmə tarixi: 07.06.2017 09:56
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031