manera.az
manera.az

"Yad qadının məktubu" nümayiş olunacaq

📅 13.04.2023 10:12

"Yad qadının məktubu" nümayiş olunacaq
Aprelin 15-də müstəqil “M Teatrı”nın (“Mənim teatrım”) səhnəsində dünyaşöhrətli yazıçı Stefan Sveyqin “Yad qadının məktubu” adlı məşhur novellası əsasında hazırlanmış eyniadlı tamaşa növbəti dəfə nümayiş olunacaq.

MANERA.AZ xəbər verir ki, tamaşanı səhnələşdirən və quruluşçu rejissoru Xalq artisti Vidadi Həsənov, bəstəkarı Röya Hüseynova, rəssamı Ülkər Əliyeva, rejissor köməkçisi Səbinə Süleymanovadır.

Qeyd edək ki, “Yad qadının məktubu” Stefan Svayqın ən məşhur novellalarından biridir.

Bu əsər dünyanın bir çox ölkələrində tərcümə olunub. Əsərdə məşhur romançı tanımadığı, bəlkə də xatırlamadığı yad bir qadından məktub alır.

Məktubu oxuduqca məlum olur ki, bu qadın bütün ömrü boyu yalnız onu sevib. Qadın həyatda romançı ilə qarşılaşdığı bütün məqamları xırdalığına kimi təsvir edir.


Baxış sayı - 314 | Yüklənmə tarixi: 13.04.2023 10:12
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 12345
6789101112
13141516171819
20212223242526
27282930