manera.az
manera.az

“Balaca şahzadə” nümayiş olunacaq

“Balaca şahzadə” nümayiş olunacaq
İyunun 26-da Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı özünün sosial şəbəkəsindən məşhur fransız yazıçısı və təyyarəçi Antuan de Sent-Ekzüperinin “Balaca şahzadə” povestinin motivləri əsasında hazırlanan eyniadlı tamaşanı nümayiş etdirəcək. Tamaşa teatrın “YouTube” kanalında saat 12.00-da nümayiş olunacaq.

Manera.az xəbər verir ki, tamaşanın quruluşçu rejissoru Kamran Şahmərdan, quruluşçu rəssamı Oleq Bezrukdur.

Antuan de Sent-Ekzüperi öz qısa ömründə iki həyat yaşayıb - təyyarəçi həyatı, bir də yazıçı ömrü. Əslində onun həyatının bu iki tərəfini bir-birindən ayırmaq da olmaz, çünki yazıçı Ekzüperinin azsaylı əsərləri təyyarəçi Ekzüperinin təcrübəsi, dünyagörüşü, hiss-həyəcanı hesabına yaranıb. Yazıçının şah əsəri sayılan “Balaca şahzadə” povesti əsasında hazırlanan eyniadlı tamaşa həm uşaqlar, həm də böyüklər tərəfindən maraqla qarşılanır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2025    »
 123456
78910111213
14151617181920
21222324252627
282930