Murakaminin yeni romanı satışda - 22 dollara

Dünyaca məşhur yapon yazıçısı Haruki Murakaminin yeni romanı “Şəhər və onun etibarsız divarları” ölkəsində satışa çıxarılıb.
MANERA.AZ TASS-a istinadən xəbər verir ki, kitabın həcmi 1200 səhifə, qiyməti isə 2970 yen (təxminən 22 dollar) təşkil edir.
Murakaminin son 6 ildə ilk dəfə yeni romanı işıq üzü görüb.
Bildirilib ki, az müddətdə onun yeni kitabına böyük maraq müşahidə olunub.
Qeyd edək ki, Murakaminin son romanı “Komandirin öldürülməsi” 2017-ci ilin fevralında nəşr olunmuşdu.
Ümumilikdə Haruki Murakaminin əsərləri 50 dilə tərcümə olunub.