manera.az
manera.az

Elçinin məşhur romanı Ukrayna dilində

Elçinin məşhur romanı Ukrayna dilində
Azərbaycanın Xalq yazıçısı Elçinin “Baş” romanı Ukrayna dilinə tərcümə olunub.

MANERA.AZ xəbər verir ki, tarixi romanın çapı Azərbaycanın Ukraynadakı səfirliyi və bu ölkənin “Vsesvit” jurnalının birgə layihəsidir.

Ukraynanın “Vsesvit” jurnalının mətbəəsində çap olunan kitab artıq satışa çıxarılıb.

“Vsesvit” jurnalının baş redaktoru, Ukrayna Yazıçılar Birliyinin üzvü Dmitriy Drozdovski açıqlamasında bildirib ki, böyük yazıçı Elçinin məşhur “Baş” romanının Ukrayna dilinə tərcüməsi layihəsində iştirak etmək olduqca şərəflidir.

Ölkədə müharibə olmasına baxmayaraq, bu tarixi roman aktual olduğundan, Ukrayna dilinə tərcümə edilərək çap olunub.

Kitabın ərsəyə gəlməsində Azərbaycanın Ukraynadakı səfiri Elmira Axundova, şair-tərcüməçi Səlim Babullaoğlu və tərcüməçi Mehman Salmanov yaxından iştirak ediblər.

Qeyd olunub ki, bu roman Ukrayna oxucuları üçün ədəbi hadisədir. Romanın qəhrəmanlarının bir qismi tarixi şəxsiyyətlərdir, ancaq onlarla bağlı hər bir epizodda və ümumiyyətlə, romanın bütün səhifələrində tarixi dəqiqlik axtarmaq lazım deyil. Həmin tarixi şəxsiyyətlər bu romanda artıq “müəllifin qəhrəmanlarıdır”.

Elçinin məşhur romanı Ukrayna dilindəБесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2022    »
 1234
567891011
12131415161718
19202122232425
262728293031