manera.az
manera.az

Şərif Ağayarın yeni romanı -MANERA.AZ

📅 03.04.2017 18:00

Şərif Ağayarın yeni romanı    -MANERA.AZ
Yazıçı Şərif Ağayarın yeni romanı işıq üzü görüb.

“Arzulardan sonrakı şəhər” adlı roman “Qanun” nəşriyyatında çap olunub.

Kitabın redaktorları Etimad Başkeçid və Hədiyyə Şəfaqətdir.

“Arzulardan sonrakı şəhər” azadlıq və müharibə mövzusundadır.

Müəllif bu romanı öz yaradıcılığında yeni mərhələ hesab etdiyini və oxucuların marağına səbəb olacağını bildirib. Bir neçə tanınmış qələm adamı roman haqda maraqlı fikirlər söyləyib, onu müstəqillik dövrünün ən qiymətli romanarından biri kimi dəyərləndirib.

Xatırladaq ki, “Arzulardan sonrakı şəhər” Şərif Ağayarın sayca üçüncü romanıdır. Bundan əvvəl müəllifin “Haramı” və “Gülüstan” romanları, eyni zamanda bir neçə şeir və hekayələr kitabı işıq üzü görmüşdü.


Baxış sayı - 1 818 | Yüklənmə tarixi: 03.04.2017 18:00
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
1234567
891011121314
15161718192021
22232425262728
2930