manera.az
manera.az

Opera və Balet Teatrı möhtəşəm premyeraya hazırlaşır

📅 18.03.2023 12:17

Opera və Balet Teatrı möhtəşəm premyeraya hazırlaşır
Martın 26-da Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında baletsevərlərə möhtəşəm premyera təqdim olunacaq.

Sənət ocağı bu dəfə görkəmli fransız bəstəkarı Adolf Adanın “Korsar” baletini səhnəyə qoyacaq.

Bu barədə MANERA.AZ-a Opera və Balet Teatrından bildirilib.

Dünya balet sənətinin ən populyar əsərlərindən olan "Korsar" baleti gənc yunan qızı Medora ilə korsar Konrad arasındakı məhəbbətdən bəhs edir. Truppanın mövsümün əvvəlindən bəri üzərində çalışdığı səhnə əsərində əsas rolları teatrın gənc solistləri Ayan Eyvazova, Seymur Qədiyev, İslam Məmmədov, Fatimə Xələfova və başqaları ifa edəcək. Quruluşçu baletmeyster və libretto müəllifi Əməkdar artist Samir Səmədov olan balet dirijor Orxan Həşimov tərəfindən idarə olunacaq. Dekorasiya və kostyum eskizlərinin müəllifi Dmirtri Çerbadjidir”, - deyə məlumatda qeyd olunub.

Qeyd edək ki, səhnə əsərinə baxmaq istəyənlər biletlər teatrın kassası ilə yanaşı, şəhərin bütün kassalarından və iticket.az saytından əldə edə bilərlər.


Baxış sayı - 763 | Yüklənmə tarixi: 18.03.2023 12:17
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031