manera.az
manera.az

"Don Kixot" baleti yenidən səhnədə

📅 08.05.2017 12:57

 "Don Kixot" baleti yenidən səhnədə


Mayın 13-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında L.Minkusun "Don Kixot" baletinin növbəti tamaşası nümayiş olunacaq.

Uzun illərdən bəri teatrın repertuarında olan bu tamaşada əsas rolları balet truppasının aparıcı solistləri - Ayan Eyvazova, Əməkdar artistlər Makar Ferştandt, Tamilla Məmmədzadə, Alsu Qimadiyeva, Anar Mikayılov, Cəmilə Kərimova, Elmira Süleymanova, Faiq Qubatov və b. ifa edəcəklər. Gənc solist A. Eyvazova Kitri partiyasında ilk dəfə çıxış edəcək.

Belarus Milli Akademik Böyük Opera və Balet Teatrı ilə Azərbaycan Opera və Balet Teatrı arasında qarşılıqlı əməkdaşlıq çərçivəsində tamaşanı beloruslu dirijor Andrey İvanov idarə edəcəkdir.

Turan Etibaroğlu
Manera.az


Baxış sayı - 1 749 | Yüklənmə tarixi: 08.05.2017 12:57
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031