manera.az
manera.az

Rusiyalı balet ustaları Bakıda çıxış edəcək

📅 30.09.2018 19:09

Rusiyalı balet ustaları Bakıda çıxış edəcək
Oktyabrın 27-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Pyotr Çaykovskinin “Qu gölü” baleti təqdim olunacaq.

Teatrın mətbuat xidmətindən MANERA.AZ-a bildirilib ki, səhnə əsərində əsas rolları Rusiya Dövlət Akademik Böyük Opera və Balet Teatrının aparıcı solistləri, balet artistlərinin beynəlxalq müsabiqələrinin laureatları Alyona Kovalyova (Odetta-Odilliya) və Yakopo Tissi (Şahzadə Ziqfrid) ifa edəcəklər.

Rusiyalı balet ustaları ilə yanaşı, teatrın solistləri - Xalq artisti Gülağası Mirzəyev, Əməkdar artistlər Samir Səmədov, Nigar İbrahimova, Makar Ferştandt, aparıcı solistlər Elmira Süleymanova, Cəmilə Kərimova, Ayan Eyvazova da baletdə rol alacaq, solo partiyalar və rəqslər ifa edəcəklər.

Səhnə əsərini Xalq artisti, professor Cavanşir Cəfərov idarə edəcək.


Baxış sayı - 1 229 | Yüklənmə tarixi: 30.09.2018 19:09
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
1234567
891011121314
15161718192021
22232425262728
2930