manera.az
manera.az

Azərbaycanlı yazıçının əsəri Gürcüstanda səhnələşdirilib

📅 04.02.2023 18:21

Azərbaycanlı yazıçının əsəri Gürcüstanda səhnələşdirilib
Tanınmış uşaq yazarı Vüqar Haqverdiyevin eyniadlı pyesi əsasında Gürcüstanın “BEEZ” Uşaq Teatrında “Qarınqulu ayı balası” tamaşası hazırlanıb.

MANERA.AZ xəbər verir ki, tamaşanın rejissoru teatrın qurucusu və bədii rəhbəri Binəli İslamoğludur.

Səhnə əsəri balaca aktyorların ifasında hazırlanıb və əsərin başlıca ideyası sevimli heyvanların dili ilə uşaqlara düz danışmağı, dostluğu təbliğ eləmək, eləcə də əyləncəli şəkildə balacalarda həkimə, iynəyə qarşı qorxu hissini götürməkdir.

Qeyd edək ki, tamaşanın yaxın vaxtlarda Gürcüstanın Qardabani rayonunda premyerası olacaq. Daha sonra səhnə əsərinin qastrol çərçivəsində qonşu ölkənin digər rayonlarında, həmçinin Azərbaycanda da nümayişi nəzərdə tutulub.

Qeyd edək ki, Vüqar Haqverdiyev Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür. AMEA-nın “Elm” Nəşriyyatının direktor müavinidir.


Baxış sayı - 309 | Yüklənmə tarixi: 04.02.2023 18:21
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031