manera.az
manera.az

Lənkəran Teatrında yeni tamaşanın premyerası olub

📅 16.02.2019 12:18

Lənkəran Teatrında yeni tamaşanın premyerası olub
Lənkəran Dövlət Dram Teatrında yeni tamaşanın premyerası olub.

Teatrdan Manera.az-a verilən məlumata görə, “Manyak” tamaşası görkəmli türk yazıçısı Əziz Nesinin “Öldür məni, əzizim” pyesi əsasında səhnələşdirilib.

Ahıl yaşında tənha qalmış iki qadının faciəsindən bəhs edən səhnə əsərinin quruluşçu rejissoru əməkdar incəsənət xadimi Oruc Qurbanov, quruluşçu rəssamı Tərlan Sadıqov, musiqi tərtibatçısı Miranda Qurbanovadır.

Maraqla qarşılanan tamaşada əsas rolları əməkdar artist Adil Zeynalov, aktyorlardan Şarud Mehdiyeva, Qızılgül Quliyeva, Allahverən Babayev Emin Fərzullayev ifa ediblər.

Lənkəran Teatrında yeni tamaşanın premyerası olub
Lənkəran Teatrında yeni tamaşanın premyerası olub

MANERA.AZ


Baxış sayı - 1 601 | Yüklənmə tarixi: 16.02.2019 12:18
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
1234567
891011121314
15161718192021
22232425262728
2930